“İran Dağlıq Qarabağdakı atəşkəsi sülhə doğru addım kimi qəbul edir".
Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz Tvitter hesabında yazıb.
Nazir Moskvada keçirilən görüşlərdən sonra Azərbaycan və Ermənistan arasında elan edilmiş atəşkəsi məmnuniyyətlə qarşıladıqlarını bildirib.
Məhəmməd Cavad Zərif Rusiyaya atəşkəsə nail olmaq üçün göstərdiyi səylərə görə təşəkkür edib:
"Qonşularımız Azərbaycan və Ermənistanı beynəlxalq hüquqa və ərazi bütövlüyünə hörmət əsasında təməl dialoqa çağırırıq”.
Qeyd edək ki, oktyabrın 9-da Rusiyanın vasitəçiliyi Azərbaycanla Ermənistanın Xarici İşlər nazirlərinin iştirakı ilə 10 saatdan çox davam edən görüşdə humanitar atəşkəs elan edilib. Qərar bu gün yerli vaxtla saat 12:00-da qüvvəyə minib.