10 Oktyabr 2020 22:48
9 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyana zəng edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər humanitar atəşkəs razılaşmalarına sadiq olduqlarını təsdiqləyiblər.

Xatırladaq ki, oktyabrın 9-da Moskvada Dağlıq Qarabağ münaqişəsi zonasında üç ölkənin XİN rəhbərlərinin keçirdiyi məsləhətləşmələrdən sonra humanitar atəşkəs barədə razılaşma əldə olunub.

Lakin humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib.


Müəllif: Teleqraf.com