11 Oktyabr 2020 13:04
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın "Le Monde" nəşri ermənilərin Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması barədə məqalə dərc edib.

Teleqraf.com-un məlumatına görə, məqalədə Azərbaycan rəsmi qurumunlarına istinadla qeyd olunur ki, Dağlıq Qarabağda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, bazar günü, oktyabrın 10-dan 11-nə keçən gecə erməni hərbi birləşmələri Gəncə şəhərini atəşə tutub və nəticədə 7 nəfər həlak olub.

"Le Monde" Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun "Tvitter" hesabında paylaşdığı "Erməni hərbi birləşmələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini yenidən raket zərbələrinə məruz qoyub və nəticədə 7 nəfər ölüb, 33 nəfər isə yaralanıb" statusa istinad edib.

Bundan başqa, Dağlıq Qarabağdakı separatçı rejimin "Müdafiə Nazirliyi"nin Gəncəni atəşə tutduqlarını inkar etdiyini qeyd edib. Bilidrib ki, humanitar atəşkəs rejiminə çox qısa müddət ərzində riayət edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər