Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri növbəti dəfə raket atəşinə tutulub.
Teleqraf.com xəbər verir ki, atəş nəticəsində bir sıra yaşayış binaları dağılıb.
İlkin məlumata görə, raket hücumu nəticəsində 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.
Dağıntılar altında qalanların olduğu ehtimal edilir.