“Gəncəyə qarşı ballistik raketlər Ermənistan ərazisindən atılıb. Döyüş bölgəsindən çox uzaqdır. Orada hərbi zərurət yoxdur. Ermənistanın Xarici İşlər Nazirliyi bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətindən boyun qaçırmağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.