Ermənistan və onun havadarları müharibənin belə hüququna sığmayan qətliamçı şəbəkə kimi davranırlar. Bu hücumlar və qətliamlar cəzasız qalmayacaq. Ermənistan insanlığa qarşı cinayət törədib. Ermənistan insanlıq və hüquq qarşısında mühakimə edilməlidir.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlikin sosial şəbəkə paylaşımında yer alıb.
AKP rəsmisi yazıb: “Prezidentimizin daim dediyi “Azərbaycanlı qardaşlarımızın yanında olacağıq” ifadəsi ilə “Bir millət, iki dövlət” olaraq azərbaycanlı qardaşlarımızın hüquqlarını sonadək müdafiə edəcəyik”.