24 Oktyabr 2020 14:01
5 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden seçiləcəyi təqdirdə ölkədə koronavirus peyvəndinin pulsuz olacağına söz verib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, rəqibi olan hazırkı prezident Donald Trampla canlı debat zamanı danışıb.

Co Bayden ABŞ Prezidenti Donald Trampın koronavirusu əvvəlcədən bildiyi iddiasını da səsləndirib. Tramp iddiaları rədd edib: “Əgər pandemiya əsnasında Bayden prezident olsaydı, daha çox ölüm halları baş verərdi".

Dialoq zamanı Bayden koronavirus peyvəndi ilə bağlı yeni vəd verib və epidemiya ilə mübarizə planını açıqlayıb: “Təhlükəsiz və təsirli bir peyvənd kəşf edildikdə, tibbi sığortanızın olub-olmamasından asılı olmayaraq vaksin hər kəs üçün pulsuz olacaq. Bütün əyalətlərdəki yerli hakimiyyət orqanlarından epidemiya ilə mübarizədə hansı dəstəyə ehtiyacı duyduqlarını soruşacağıq.

Yanvar ayının sonuna qədər ABŞ Konqresindən əhalinin sağlamlığı və iqtisadi problemlərinin həlli üçün qanun layihəsinin hazırlanmasın istəyəcəm.

Bundan əlavə, qubernatorlardan məcburi maska ​​tələbi qoymalarını da xahiş edəcəm. Gündə 7 milyon testə imkan verən milli test planı da qəbul edəciyik”.

Qeyd edək ki, ABŞ-da COVID-19-a yoluxma sayı 8 milyon 700 mini keçib, 229 mindən çox insan ölüb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər