24 Oktyabr 2020 21:43
2 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkənin orta yaşlı və qoca sakinləri ilə yanaşı, uşaq və yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edib.

Teleqraf.com xəbər verir ki, işğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntülər sosial şəbəkələrdə elə ermənilərin özləri tərəfindən yayılıb. Görüntülərdə erməni hərbçilərinin 12-13 yaşlı yeniyetmədən istifadə etdiyi əks olunur.

Çarəsiz vəziyyətdə olan və döyüş meydanında heç bir qanun tanımayan düşmənin çoxsaylı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNİCEF-in, Paris konvensiyasının uşaq hüquqları ilə bağlı konvensiya və normalarını pozması sübuta yetirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər