“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Azərbaycana növbəti dəfə dəstək verib.
Teleqraf.com xəbər verir ki, Bayraqdar Feysbuk səhifəsində Niyazi İldırım Gəncosmanoğlunun "Meydan" şeirini paylaşaraq "Cansan can, Azərbaycan" deyə qeyd edib.
Şeiri təqdim edirik:
"Bu yer üzü ər meydanı,
Könül sevməz hər meydanı
Ürəksizə yorğan-döşək,
Qoç igidə ver meydanı
Yetişsin Asimin nəsli,
Etsin sənə dar meydanı!
Gəldiyi gün qutlu çağrı,
Bas, titrəsin yerin bağrı
Şərqdən Qərbə doğru
Bir yay kimi gər meydanı!
Cansan can, Azərbaycan...