30 Oktyabr 2020 14:57
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə və strateji obyektlərə zərbə endirməsi ilə bağlı 39 cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Kamran Əliyev Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, cinayət işləri erməni silahlı qüvvələri və onlarla döyüşən muzdlularla, həmçinin işğal altında olan ərazilərimizdə Azərbaycan dövləti və vətəndaşlarına qarşı ekologiyanın, əmlakların məhv edilməsi ilə bağlıdır:

“O cümlədən 3 cinayət işini Dövlət Təhlükəsizliyi Xidməti açıb. Bu cinayət işləri erməni tərəfinin pulla muzdlu döyüşçü tutub, Azərbaycan ərazisində döyüşlərə cəlb etməsi ilə bağlıdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər