30 Oktyabr 2020 15:25
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Kamran Əliyev Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: "Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib".

Baş prokuror deyib ki, Araik Arutunyan, "müdafiə naziri" Cəlal Aratunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. O qeyd edib ki həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər