30 Oktyabr 2020 22:56
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Bərdə şəhərinə qadağan olunmuş kasetli silahlardan istifadə edilməklə zərbələr endirilməsini təsdiqləməsi yaxşı haldır. Nəhayət ki, onlar bu məsələyə münasibət bildirdilər və bunu etiraf etdilər.

Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O qeyd edib ki, təmsil olunduğu Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupu bir müddət öncə sözügedən təşkilatlara məktubla müraciət etmişdi:

“Yazmışdıq ki, müxtəlif insanlar müxtəlif məsələlərə görə həbs ediləndə siz dərhal bizim üstümüzə necə deyərlər, hücum çəkirsiniz. Bəs necə olur ki, bu qədər dinc, silahsız, mülki şəxs öldürülür, ancaq buna münasibət bildirmirsiniz. Artıq onların bu istiqamətdə bəyanat verməsi dünya ölkələrinin bu məsələlərə ayrı cür yanaşmasına səbəb olacaq. Ən azı biz buna ümid edirik. Bəlkə bundan sonra mülki insanların, o cümlədən qadın və uşaqların həlak olmasının, əhaliyə maddi ziyan dəyməsinin, infrastrukturun dağıdılmasının qarşısı alına”.

Novella Cəfəroğlu qeyd edib ki, ermənilərin hərəkətləri nasistlərin hərəkətləri ilə eyniyyət təşkil edir:

“Nasist Almaniyasında insanlıq əleyhinə törədilən cinayətlərə bənzər cinayətlər bu gün ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilir. Onlar uşaqlarına səhərdən axşamadək türk düşmənçiliyi aşılayıblar. Onların hamısının öldürülməli olduğunu bildiriblər. Bu istiqamətdə o qədər yalançı təbliğat aparıblar ki, axırda özləri də inanıblar. Beləliklə, özləri öz beyinlərini yuyublar. "Türk" sözü eşitdikdə sanki onların başına qaynar su tökülür. Əvvəl Köçəryan-Sərkisyan cütlüyü, indi isə Paşinyan öz xalqını faciəyə gətirib çıxarıb. Bu, onlarda artıq psixi xəstəlik şəklini alıb. Onlar hamısı psixi xəstədirlər. Necə olur ki, faşist Almaniyası yəhudilərin, rusların başına bu qədər oyun açdı, ancaq müharibədən cəmi bir neçə il sonra münasibətlər düzəldi. Çünki hazırkı alman xalqı əvvəlkiləri inkar edir, onların faşist olduğunu deyir. Ermənilər isə əvvəlki faşist rəhbərliyi, faşizm ideologiyasını inkar etmir. Bu ideologiyanı yaşadır və beləliklə özlərini dəli olmaq səviyyəsinə gətirib çıxarıblar. Odur ki, onların vəziyyəti qat-qat ağırdır və daha da ağır olmağa davam edəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər