31 Oktyabr 2020 17:42
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq.

Teleqraf.com-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, son zamanlar Ermənistan tərəfindən saxta videolar, feyk məlumatlar yayılır. Belə təxribat xarakterli məlumatlardan biri də guya Azərbaycan tərəfdən qadağan olunmuş fosfor tərkibli döyüş sursatlarından istifadə edilməsi ilə bağlıdır:

"Ermənistan tərəfinin bu kimi saxta məlumatları yaymaqda, mülki əhalini öldürməkdə məqsədi bəllidir. Bu gün Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil. Bu, açıq şəkildə görünür. Əsas məqsəd üçüncü tərəfləri bu münaqişəyə cəlb etməkdir. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb ki, ölkəmizin xarici dövlətlərin ərazisinə qarşı hər hansı iddiası yoxdur. Bu gün Azərbaycan öz suveren torpaqlarında, öz ərazimizdə qeyri-qanuni saxlanılan Ermənistan silahlı qüvvələrinə qarşı özünümüdafiə tədbirləri həyata keçirir. Bu gün Azərbaycan öz ərazi bütövlüyünün təmini üçün addımlar atır".

XİN rəsmisi qeyd edib ki, Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq. Onun sözlərinə görə, Azərbaycanın bütün qonşu dövlətlər ilə dostluq münasibətləri var: "Biz digər dövlətlərin ərazi bütövlüyünü tanıyırıq. Ərazi bütövlüyünə hörmət bizim üçün əsasdır. Azərbaycanın da ərazi bütövlüyünün tanınmasını digər dövlətlərdən tələb edirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər