2 Noyabr 2020 15:29
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizin liderliyinizlə Azərbaycan Ordusunu təbrik edirik. Bizim otuz illik həsrətimizə son qoyursunuz. Allah Sizdən razı olsun, Allah köməyiniz olsun.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı deyib.

Mustafa Rifat bildirib: “Bizim üzərimizə hansı vəzifə düşürsə, türk qardaşlarınızın, Türkiyədəki qardaşlarınızın üzərinə hansı vəzifə düşürsə, 24 saat yanınızdayıq. Bizə xəbər göndərməyiniz kifayət edər, cənab Prezident. O gündən bəri Türkiyənin Odalar və Borsalar Birliyinin binasının önünü biz Azərbaycan bayrağımızla bəzədik. O gündən bəri belədir. Bu, bütün sosial mediada yayıldı. O günki Siz əməliyyata başladınız, Ankaranın ən prestijli binalarından birində Azərbaycan bayrağını qaldırdıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər