2 Noyabr 2020 16:48
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.

Nazirlər Kabinetindən Teleqraf.com-a bildirilib ki, Baş Nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Baş Nazir Giorgi Qaxariyanı təbrik edib.

Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik idafə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər