“Azərbaycan 30 ildən sonra işğal edilmiş ərazilərini azad edir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu səhər qardaşım İlham Əliyevlə danışdım. Müsbət irəliləyişləri özündən eşidəndə sevindim. İnşallah, zəfərə yaxınlaşırıq. 30 il işğal altındakı torpaqlarından ayrı qaldılar. Amma indi o torpaqlara qovuşurlar”, - Ərdoğan bildirib.