Şuşa şəhərində polis şöbələri əməkdaşlarının yerləşdirilmə prosesinə start verilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, artıq sözügedən ərazidə komendantlıq yaradılır:
"Müvafiq dövlət qurumları olduğu kimi DİN əməkdaşları da Şuşa şəhərində öz fəaliyətinə start verib. Yaxın vaxtda komendantlıq öz işinə başlayacaq".