14 Noyabr 2020 13:47
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Teleqraf.com-un məlmatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

V.Eyvazovun digər əmri ilə o, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

M.Seyidov 2014-cü ilin noyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər