Teleqraf.com-un suallarını Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Qabil müəlim, Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. Bu qələbəni təmin edən əsas amil və ya amillər hansılardır?
– Vətən müharibəsindəki qələbə bizim tariximizə qızıl hərflərlə yazılmış bir səhifədir. Azərbaycan Ordusu demək olar ki, işğal olunmuş bütün ərazilərini azad etdi. İşğalçı Ermənistan ordusu tamamilə darmadağın edildi. Ermənistan ordusunun hərbi texnikasının 85 faizi, şəxsi heyətinin isə 10 mindən artıq üzvü müharibə zamanı sıradan çıxarıldı. Bu o vaxtadək davam etdi ki, erməni generalları vəziyyətin çox gərgin, ordunu idarə etməyin qeyri-mümkün, müharibəni mütləq dayandırmaq lazım olduğunu bildirdilər. Onlar bu xahişlə ölkənin baş naziri Nikol Paşinyana müraciət etdilər. Bildirdilər ki, əgər müharibə bu cür davam edərsə, Azərbaycan qoşunları erməni ordusunu tamamilə, son nəfərinədək yox edəcək. Doğrudan da elə olacaqdı. Ruslar araya girdi və sülhpərvər təşəbbüslə çıxış elədilər. Tərəflərə, ilk növbədə Azərbaycan Prezidentinə atəşkəs elan etməyi xahiş etdilər. Uzun danışıqlardan sonra Azərbaycan tərəfinin tələbi qəbul olundu. Azərbaycan tərəfi bildirirdi ki, biz işğal edilmiş digər rayonlardan Ermənistan qoşunlarının çıxarılması, həmin rayonların Azərbaycana qaytarılmasına dair qrafikin təqdim edilməsi şərtilə müharibəni dayandıra bilərik. O cür də edildi. Noyabrın 20-dək Ağdamdan, dekabrın 1-dək Laçından Ermənistan qoşunlarının çıxarılması başa çatmalıdır. Kəlbəcərlə bağlı noyabrın 15-dək vaxt verilmişdi. Bildiyiniz kimi, sonradan bu müddət daha 10 gün uzadıldı. Hazırda ermənilər Kəlbəcərdə çox böyük vəhşilik, vandallıq törədirlər. Ağacları qırır, evləri yandırırlar. Heyvanlardan apardıqlarını aparır, apara bilmədiklərini güllələyirlər. Nadir ağac növlərinə, fauna və floraya çox böyük ziyan vururlar. Özləri haqqında mədəni xalq imici yaratmağa çalışan ermənilər əslində vəhşi və barbar, vandal formasında ölkəmizin bu gözəl guşəsinə divan tuturlar. Onlar yenə Rusiya Prezidenti Vladimir Putini işə saldılar və xahiş etdilər ki, Kəlbəcərdən çıxmağı 10 gün də uzadaq və ayın 25-dək qoşunlar və mülki əhali çıxarılacaq. Ermənilər Kəlbəcərə qeyri-qanuni olaraq çoxlu əhali yerləşdiriblər. İşğal olunmuş ərazilərdə məskunlaşmanın aparılmasının özü də hərbi cinayətdir. Onlar Laçında və Ağdamda da qeyri-qanuni məskunlaşma aparıblar. Buna görə gec çıxırlar.
Bir məqamı da qeyd edim ki, Paşinyan məlum üçtərəfli bəyanatı 3 saat sonra imzaladı. Videokonfrans şəklində olan imzalanma mərasimində iştirak etmədi. Onu xəlvətcə imzaladı. Beləliklə, hərbi əməliyyatlar dayandırıldı. Zənnimcə, bu, Azərbaycanın böyük uğurudur.
– Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətindən gözləntiniz nədən ibarətdir?
– Hələlik bu istiqamətdə nəsə söyləməyə çətinlik çəkirəm. Ruslar hələ ki, xeyirxah niyyətlə gəldiklərini bəyan edirlər. Amma rusların gəlişi həm də Azərbaycan Ordusunun erməniləri axıradək əzməsinə imkan vermədi. Atəşkəs elan olundu. Biz ermənilərdən fərqli olaraq qaniçən, cəllad adamlar deyilik. Amma onlar bir milyon insanı ayaqyalın, başıaçıq qovaraq, 30 min insanımızı qətlə yetirərək torpaqlarımızı istila ediblər. Biz isə bir mülki əhalinin burnu qanamadan, yalnız hərbçilərlə döyüşərək torpaqlarımızı azad edirdik. Rusiya araya girdi. Sülhpərvər xidmətini təklif etdi. Biz də onu qəbul etdik. İndi əsasən Xankəndi və Laçın dəhlizi boyunca ermənilər yaşayan ərazilərdə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib. Amma Türkiyə də bu prosesdə iştirak etmək istəyir. Ruslar türklərin Birgə Monitorinq Mərkəzində olmasına razıdır. Amma Türkiyə Böyük Millət Məclisində Azərbaycana hərbçilərin göndərilməsi məsələsi də müzakirə olundu. Mən əminəm ki, Türkiyə sülhməramlıları da Dağlıq Qarabağ bölgəsinə yerləşdiriləcək. Yəqin ki, yaxın günlərdə onlar Azərbaycanın həmin bölgələrində mövqe tutmağa başlayacaqlar.
Nəzərə almaq lazımdır ki, Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəd olan yeganə ölkədir. Beləliklə, Türkiyə də Qafqaz ölkəsidir və onun Cənubi Qafqazda gedən proseslərdə iştirak etmək üçün tam haqqı var. Onlar bu bölgədə balansı qorumaq üçün mövcud olacaqlar və imkan verməyəcəklər ki, Azərbaycanın ərazi bütövlüyü pozulsun. Bu məsələdə türklərin mövqeyi qətidir. Məncə, bu məsələdə hər hansı əlahiddə fikir irəli sürmək istəyən, xristian təəssübkeşliyi mövqeyindən danışmaq istəyən şəxs bilməlidir ki, türklərin bu məsələdəki qətiyyətini sındıra bilməyəcəklər. Əgər əyintilər olarsa, müharibənin yeni fazası da başlaya bilər.
– Siz bunu real hesab edirsinizmi?
– Bəli. Ancaq bu, ən son variantdır. Hər halda balans yaradılacaq. Türklər ruslarla Suriyada, Liviyada birgə işləyiblər, birgə sülhməramlı missiya yerinə yetiriblər. Yəqin ki, burada da həmin missiyanı uğurla yerinə yetirməyə çalışacaqlar.
– Ermənistandakı etiraz aksiyalarının nə ilə yekunlaşacağını düşünürsünüz?
– Ermənistanda vəziyyət çox gərgindir. Bunu açıq demək lazımdır. Bu xalq sanki xəstə bir xalqdır. Onlar başa düşmürlər ki, başqasının torpağını işğal ediblər. Burada bütün insanlara divan tutub, evləri mənimsəyib, dağıdıb, məhv ediblər. İndi işğaldan azad edilmiş rayonlara baxırsan, elə bil ki, xarabalıqdır. Bir evin, bir tikintinin, bir rayon mərkəzinin, böyük şəhərlərin daşı daş üstündə qoyulmayıb. Elə dağıdıb məhv ediblər ki, sanki buradan səmum yeli əsib. Özlərinə hesabat vermirlər ki, bunlar başqalarının torpağını işğal etmişdilər. İndi o torpaqların sahibi gəlib, torpağına sahib çıxıb. Sizi də bu ərazilərdən çıxarır. Bunu dərk etməkdənsə, günah keçisi axtarırlar. Öz baş nazirlərini, generalları və sair şəxsləri günahlandırırlar. Başa düşmək istəmirlər ki, sən bu torpaqdan gec-tez çıxmalı idin. Sən bu dünyada vur-tut 5-6 milyonsan. Dünyada azərbaycanlıların sayı isə 52 milyondan çoxdur. Onlardan 40 milyonu İranda, 10 milyondan çoxu Azərbaycan Respublikasında, 2 milyonu isə Türkiyədə yaşayır. Belə böyük bir xalqla sən baş-başa gələ bilməzsən axı... Bu xalq oyandıqca, qüvvəsini topladıqca səni ayaqları altında tapdayıb məhv edə bilər. Biz çalışırıq ki, bu bölgədə bir daha müharibə olmasın. Kommunikasiya xətlərini, yolları açırıq, sizi də bəzi iqtisadi layihələrə qoşmağa çalışacağıq. Yəni Azərbaycan tərəfinin nəcib və xeyirxah niyyətləri var. Hələlik ermənilər bunu başa düşmək istəmir. Kəlbəcərdən çıxmağı özləri üçün böyük bir fəlakət hesab edirlər. Kəlbəcər türk torpağıdır. Niyə ondan belə yapışmısan? Laçından, Ağdamdan çıxmağı fəlakət hesab edir. Yəni anormal insanlardır. “Dənizdən dənizə” dövlət iddiasındadırlar. Nə vaxt dənizdən-dənizə olub? Tarixini yaxşı eşələ bax. Siz 30 ailə bu dağın, 30 ailə o biri dağın başında – pərpətöyün toxumu kimi səpələnmisiniz. Qaraçılar kimi bir ucunuz Amerikada, bir ucunuz Fransada, bir ucunuz Suriyadadır. Buna görə də onların belə məsələlərdə qəzəblənib öz siyasi liderlərinin üstünə getməsi ölkədə qarşıdurma psixologiyasının yaradılmasına xidmət edir. “Yox, biz yenə müharibə edəcəyik, yeni müharibə başladacağıq” kimi şüarlar pafoslu çıxışlardır və daxili auditoriyaya yönəlib. Amma ordunun yüksək rütbəli zabitləri yaxşı bilir ki, müharibə meydanında döyüşmək, həlak olmaq nə deməkdir. Zənnimcə, Paşinyan artıq ordunun tör-töküntülərini Ermənistana çağırır və o, artıq repressiyalara başlayıb. Siyasi partiya liderlərini həbs edir. Ordunun köməyi ilə ölkəni ram edəcək və ölkədə hələ bir müddət – rusların istədiyi dövrədək özünün istədiyi qayda-qanunu bərqərar edə biləcək.
– Elə bu çərçivədə “günah keçisi” olaraq xarici işlər naziri Zöhrab Mnatsakanyan da istefa verib...
– Gəmi batanda siçovullar gəmini birinci tərk edir. Bu istefa da batmaqda olan gəmini birinci tərk etməyə bənzəyir. Paşinyanın etimad göstərib xarici işlər naziri təyin etdiyi adam birdən-birə ölkədəki etirazları görərək istefa verdi. O, zatən qorxaq və öz “şkurası”nı gözləyən bir adam idi. Ona görə də etirazlardan qorxaraq dərhal vəzifəsindən istefa verdi. Zənnimcə, xarici işlər nazirinin vəzifəsini tələm-tələsik, belə qorxaqcasına tərk etməsi Ermənistanın tarixində və şəxsən onun taleyində qara ləkə kimi qalacaq. Düzdür, kimin istefa verməsi, kimin komandada qalması onların özünün daxili işidir, ancaq Mnatsakanyanın istefası Paşinyana böyük zərbədir. Bu istefa Paşinyanın gələcək süqutuna səbəb ola biləcək amillərdən biridir.