“Şübhə yoxdur ki, Azərbaycan hökuməti Fransanın hərəkətləri ilə bağlı addımlar atacaq”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Məlahət İbrahimqızı deyib.
O, əlavə edib ki, Fransada siyasi partiyaların, Prezident Makronun mövqeyi bəllidir: “Bu yaxınlarda parlamentdə təmsil olunan siyasi partiyaların bəyanatı olmuşdu. Eləcə də ölkədə fəaliyyət göstərən siyasi partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının mövqeyi ifadə edilmişdi. Hesab edirəm ki, bu məsələdə vahid mövqe var. Ehtiyac olsa, Fransa parlamentinə müraciət edə bilərik”.