26 Noyabr 2020 11:55
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa kimi dövlətin parlamentinin belə qətnamə qəbul etməsi yalnız təəssüf doğurur. Fransa BMT, ATƏT, Avropa Şurası kimi təşkilatların qurulmasında xüsusi rol oynayıb, qanunun aliliyinin əsas təbliğatçılarından olub. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələri qəbul etməklə beynəlxalq hüquqa hörmətlə yanaşmalı olub.

Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Erkin Qədirli deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquq belə qətnamələri rədd edir: “Hesab edirəm ki, heç bir qanun çərçivəsinə sığmayan qərar verilirsə, bu, məlumatsızlıqdan və ya Fransanın maraqlarını düşünməkdən deyil, konkret qərəzdən irəli gəlib”.


Müəllif: Cavad

Oxşar xəbərlər