8 Dekabr 2020 12:50
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz heç kəsi harasa müraciətə dəvət etmirik. Bildiririk ki, vətən müharibəsində şəhid olanların ailələrinə ASAN könüllüləri özləri gedəcək.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən onlayn mətbuat konfransında deyib:

"Ailələrin ehtiyacları müəyyənləşdirildikdən sonra onlara Fond vasiilə yardım ediləcək. Ailələrin ünvan və siyahısı bizdə var. Sabahdan etibarən ailələrin ziyarət edilməsinə başlayacağıq".

O qeyd edib ki, "YAŞAT" fondunun elektron platforması yaxın günlərdə istifadəyə veriləcək: "O vaxtadək xaricdə yaşayan vətəndaşlarımız da qeyd olunan hesablara vəsait köçürərək yardım edə bilərlər"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər