9 Dekabr 2020 18:28
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdam indi “ruhlar şəhəri” kimi tanınır.

Teleqraf.com-un məlumatına görə, bunu İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano öz “Facebook” səhifəsində yazıb.

İşğaldan azad olunmuş Ağdam şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşən M.Stefano bildirib ki, bir zamanlar on milərlə insanın yaşadığı bir şəhərdə hazırda tənəzzül müşahidə olunur, qəbirlər dağıdılıb, məscidlər tövləyə çevrilib.

Manlio Di Stefano imzalanmış üçtərəfli Bəyanata əsasən bu torpaqların Azərbaycana geri qaytarıldığını diqqətə çatdıraraq İtaliya hökumətinin bu ərazilərdə mədəni irsin qorunması və bərpası, infrastruktur işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycana əməkdaşlıq təklif etdiyini bildirib.

Dövlət katibi, həmçinin Ağdam şəhərində çəkdiyi şəkilləri də paylaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər