10 Dekabr 2020 10:40
3 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan 28 ildən sonra öz torpaqlarına sahib olmasından qürur duyur və xoşbəxtdir. Terrorçu dövlət olan Ermənistanın böyük bir məğlubiyyətlə uduzduğu Qarabağ müharibəsindən sonra Azərbaycan işğal altındakı torpaqlarını geri alıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı yazıb.

Məqalədə qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə Bakıda keçiriləcək mərasim üçün bir neçə gündür məşqlər keçirilirdi:

“Müharibədə qəhrəmanlıq göstərən 3 min əsgərin keçəcəyi mərasimdə ordunun istifadəsində olan müasir silah və texnika da yer alacaq”.

Məlumatda vurğulanıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mərasimə fəxri qonaq olaraq qatılacaq: “Burada çıxış etməsi gözlənilən Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə əsgərlərin keçidini izləyəcək”.

Qələbə paradına hazır olan Azərbaycana Türkiyədən böyük dəstəyin gəldiyinə diqqət çəkilib:

“Türk ordusunun mərasimə 2783 əsgərlə qatılacağı öyrənilib, çünki Azərbaycanın Qarabağında 2783 əsgəri şəhid olub. Bu, sosial şəbəkələrdə böyük coşqu yaradıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər