10 Dekabr 2020 13:21
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Serjan Abdukərimov Azərbaycan xalqını təbrik edib.

Teleqraf.com təbrikin mətnini təqdim edir:

"Mən bütün Azərbaycan xalqınının bu sevincli günü,Vətən Müharibəsində qazandığı möhtəşəm Zəfər münasibəti ilə qardaş qazax xalqı adından təbrik edirəm, xalqımın səsmimi arzularını sizə çatdırıram. Azərbaycan tarixi ədaləti və çoxdan gözlədiyimiz ərazi bütövlüyünü bərpa etdi. Bİz hamımız bu şərəfli və parlaq uğurun şahidi olduq. Biz hamımız başda Ali Baş Komandanı, Prezidenti İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan qələbənin şahidi olduq. Onun taktiki gedişləri, effektiv strategiyası , dəmir iradəsi və xalqın yenilməz qüruru ilə bu qələbə qazanıldı. Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa, BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı qətnamələrə uyğun olaraq öz ərazi bütövlüyünü təmin etdi. Mən bu Zəfər günündə Vətən müharibəsində canlarını qurban verən şəhidlərin ailələrinə başsağlığı verir, döyüşlərədə yaralananlara isə tezliklə sağlamlıqlarına qovuşmasını arzulayıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər