10 Dekabr 2020 17:57
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pfizer və BioNTech tərəfindən hazırlanmış COVID-19 peyvəndinin qiymətləri məlum olub.

Teleqraf.com xəbər verir ki, Pfizer şirkətinin CEO-su Albert Bourla peyvəndin qiymətlərinin ölkəyə görə dəyişəcəyini bildirib.

O, açıqlamasında qeyd edib ki, şirkət peyvənd namizədi “BNT162b2 COVID-19”a ölkələrin ümumi daxili məhsuluna (ÜDM) uyğun olaraq qiymət verilməsinə qərar verib.

Albert Bourla deyib ki, qiymətin əsası peyvəndi hamı üçün sürətli bir şəkildə təqdim etməkdir: “Qiymətləndirmə səviyyəmiz var. İnkişaf etmiş ölkələrdən daha yüksək və inkişaf etməkdə olan ölkələrdən daha aşağı bir qiymət tələb etdik. Peyvəndi inkişaf etməmiş və yoxsul ölkələrə - məsələn, Afrikanın bir çox ölkəsinə qazanc əldə etmədən pulsuz verəcəyik”.

İcraçı direktor qeyd edib ki, inkişaf etmiş ölkələr yüksək olmayan qiymətlər ödəyəcəklər: “Peyvənd ABŞ-a adambaşına ortalama 19,5 dollar qiymətlə veriləcək. Artıq firma peyvəndi göndərmək üçün müxtəlif hökumətlərlə danışıqlar aparır. Peyvəndlərin -70 dərəcədə qorunması ilə bağlı məsələ istiqamətdə də çalışırıq, artıq yeni bir formul üzərində dayanmışıq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər