12 Dekabr 2020 17:48
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Güclü Azərbaycan dövlətinin yaradılması ulu öndər Heydər Əliyevin dəsti xəttidir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam etdiyi şəraitdə Azərbaycan xalqının israrlı təkidi ilə ümummilli liderin hakimiyyətə gəlməsi dövlətimizi gücləndirdi”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, bu gün qələbələrimizin əsasında ulu öndərin qoyduğu siyasət dayanır: “Hansı ki bu siyasəti də dövlət başçısı İlham Əliyev uğurla həyata keçirir. Bunun da real nəticəsini biz 44 gün davam edən savaşda gördük və torpaqlarımız işğaldan azad edildi. Hər bir azərbaycanlının gözlədiyi gün gercək oldu”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər