17 Dekabr 2020 10:52
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

09:14

ABŞ dövlət katibinin siyasi-hərbi məsələlər üzrə müşaviri Klark Kuper Türkiyəyə tətbiq olunan sanksiyalara münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, o, sanksiyaların tətbiqinə alternativin olmadığını iddia edib:

"Sanksiyalar iki ölkənin münasibətlərində yeni bir fikir birliyinə və gediləsi yolların müəyyənləşdirilməsinə imkan verəcək".

Klark Kuper iki ölkənin müttəfiq olduqlarını vurğulayıb: "Birlikdə olmaq Türkiyənin, ABŞ-ın və NATO ittifaqının maraqlarına çox uyğundur və ən yaxşısı bu sahədə uzlaşma axtarmaqdır. Bu, bizim və Ankaradakı həmkarlarımız üçün bir az səy tələb edəcək bir vəziyyətdir.

ABŞ Türkiyə ilə yaxın münasibətləri davam etdirmək istəyir. Təkrar edirəm, bu istiqamətdə uzlaşma axtarışında olmamaq bizim mənafeyimizə uyğun deyil".


Müəllif: Mahir

Oxşar xəbərlər