Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilən Şuşa şəhərində bərpa işlərinə başlanılıb.
İlk dəfə olaraq Azərbaycan Televiziyası (AzTV) Şuşaya ezam olunmuş əməkdaşı ilə birbaşa bağlantı yaradaraq, şəhərdə görülən işlər haqda tamaşaçılara məlumat verib.
“Əməkdaşımız bildirib ki, işğal müddətində Şuşadakı mədəniyyət abidələrinə zərər verilib. Eyni zamanda, bir çox tikililər dağıdılıb. Ölkə başçısının göstərişi ilə işğaldan azad edilən şəhərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Əməkdaşımız diqqətə çatdırıb ki, quruculuq işlərini həyata keçirmək üçün ilkin olaraq 60 nəfərlik işçi heyət yaradılıb", - televiziya qeyd edib.