Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək üçün Parisə səfər edəcək. Modern.az Ermənistanın “Haykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, Serk Sərkisyan Parisdə Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə keçiriəlck üçtərəfli görüşdə iştirak edəcək. Lakin qəzet Sərkisyan-Olland-Əliyev görüşünün hansı gündə - oktyabrın 26-da, yoxsa 27-də keçiriləvəyini dəqiqləşdirə bilməyib.