22 Yanvar 2021 12:10
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil müəssisələrinin fəaliyyətinin bərpası təkcə Təhsil Nazirliyinin öhdəliyində deyil. Əlaqədar qurumlar, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən etibarən tədrisin mərhələli şəkildə bərpasına qərar verilir: "Ölkə üzrə ibtidai əsaslı, eyni zamanda məktəbəqədər təhsil qruplarında əyani təhsil böyük şəhərlərdə həftədə 3 dəfə, digərlərində isə həftədə 4-5 dəfə bərpa edilir.

Bu qərarlar 2 həftə müddətində qüvvədədir. Fevral ayının 15-dən sonra epidemioloji statistik göstəricilərə əsasən, növbəti qərarlar qəbul ediləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər