Fevralın 1-dən 5-ci və 9-cu siniflər, eyni zamanda peşə təhsili müəssisələrində müvafiq qərarların verilməsi nəzərdə tutulur.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu barədə yaxın günlərdə qərar açıqlanacaq: "Metronun fəaliyyətində hazırda məhdudiyyət tətbiq edildiyini nəzərə alaraq hələ ki 5-9-cu siniflərdə tədris prosesinin ənənəvi qaydada bərpası müzakirə olunur.
Paralel olaraq, bölgələrdə tədrisin ənənəvi qaydada bərpasının daha erkən olacağı düşünülür".