22 Yanvar 2021 12:39
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda təxminən 182 min tələbə var. 167 min tələbə bakalavr, 15 mini magistr təhsili alır.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 11500 tələbəyə ölkə rəhbərliyinin xüsusi sərəncamı ilə sosial yardım göstərilib, onlar təhsil haqqından azad ediliblər:

"Bu gün orta statistikaya görə, 100 tələbədən 56-sı dövlət hesabına oxuyur. Eyni zamanda, son illər dövlət sifarişli təhsil almağa 92 faiz tələbə layiq görülüb. 2020-ci ildə 22681 tələbə dövlət sifarişli təhsil alıb. Koronavirus pandemiyası səbəbilə güzəşt olunan tələbələri nəzərə aldıqda, 60 faiz birinci kurs tələbəsi dövlət hesabına oxuyur. Doğrudur, bir qisim tələbə təhsil haqlarını ödəmək baxımından çətinlik çəkib".

Nazir qeyd edib ki, bəzi hallarda təhsil haqqının dövlət hesabından ödənilməsi barəsində fikirlər səslənir: "Dövlət sosial meyar, ehtiyac və tələbənin bacarıqları üzərindən əsaslı təhsil təklif edir. Əgər tədris dövlət hesabına aparılarsa, bu zaman rəqabət prinsipi pozulur.

Təhsil haqları Azərbaycanda vergi güzəştləri əsasında aşağı məbləğdədir. Azərbaycanda bakalavr səviyyəsi üzrə təhsil haqları orta hesabla 2500 manatdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər