Rusiyadakı "Vector" Virusologiya və Biotexnologiya Dövlət Elmi Mərkəzinin (SSC WB "Vector") alimləri İngiltərədə ortaya çıxan koronavirusun yeni mutasiyasının ilk mikroskop fotoşəkilini çəkərək bir ilkə imza atıblar.
Teleqraf.com xəbər verir ki, məlumatı Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) yayıb.
Bildirilir ki, təsvir virusun variantının struktur və digər xüsusiyyətləri üzərində aparılan tədqiqatlar zamanı əldə edilib.
Açıqlamaya görə, Rospotrebnadzora bağlı təşkilatlar tərəfindən hazırlanan PCR testləri yeni mutasiyanı aşkar edə biləcək. Eyni zamanda Agentliyin Mərkəzi Epidemiologiya Tədqiqat İnstitutunun test sistemi də bu variantı virusun mutasiya olunmamış formalarından ayırd edə biləcək.
Mutasiya olunmuş virusun şəkli hələlik ictimaiyyətə açıqlanmayıb.
Qeyd edilir ki, mutasiya “Vector” Mərkəzi tərəfindən hazırlanmış “EpiVakKorona” peyvəndinin effektivliyi üzərində problem yaratmayacaq.