26 Yanvar 2021 18:56
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

Teleqraf.com xəbər verir ki, birgə fəaliyyət nəticəsində bu günədək ümumilikdə, təqribən, 9 hektardan artıq sahədə axtarış işləri aparılıb, 3 hektar sahə fərdi axtarışla tamamilə təmizlənib. Bu müddət ərzində 340 ədəd mina və 3 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 195 ədədi piyada əleyhinə, 145 ədədi isə tank əleyhinə olan minalardır.


Müəllif: Teleqraf.com