27 Yanvar 2021 11:30
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

09:36

Rus hərbçilər Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün Ağdamda yerləşdiriləcək birgə Rusiya-Türkiyə mərkəzində işləməyə hazırlaşırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

Mərkəzin tərkibində olacaq rus hərbçilərin atəşkəs rejiminə nəzarət üzrə tapşırıqları birgə icra etmələri üçün təlim keçdikləri və Azərbaycan ərazisinə getməyə hazırlaşdıqları qeyd olunub.

Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, habelə ərazilərdə tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Rusiya və Türkiyə tərəflərindən paritet əsasda təmsil olunan Birgə Mərkəzin heyəti vəziyyəti izləmək və atəşkəsə pilotsuz uçan aparatlardan (PUA) istifadə etməklə nəzarət etmək vəzifələrini yerinə yetirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu