Video əlavə olunub:
***
12:16
“Erməni revanşistlər və separatçıları tərəfindən rus sülhməramlılarının məsuliyyət zonasında (Xocavənd) nasistlərlə işbirliyi quran Qaregin Njdeyə abidənin qoyulması Azərbaycan, Rusiya və anti-Hitler koalisiyasının bütün ölkələrinə təhqirdir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko Azərbaycanın Xocavənd şəhərində Njdenin büstünün qoyulmasına münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, Qarabağdakı erməni separatçılar müharibədən sonrakı dövrdə səylərini Rusiya və Azərbaycanın Cənubi Qafqazda durumu sabitləşdirmək səylərinə qarşı təxribatçı fəaliyyətə deyil, yeni situasiyada dinc həyata keçidə yönəltməlidirlər:
“İnanıram ki, bu, irimiqyaslı bir təxribatdır. Təəssüf ki, sülh yolu tutmaq və inteqrasiya etməklə Azərbaycan daxilində dinc yaşamaq əvəzinə, bu təxribatın təşkilatçıları hələ də qeyri-konstruktiv mövqe tuturlar. Bu, həm Azərbaycan, həm də Rusiya üçün təhqirdir”.
Korotçenko qeyd edib ki, Qaregin Njde almanların SSRİ ərazisində terror aktları və təxribat törətmək üçün terror qruplaşmalarını hazırlamağa və bura göndərməyə kömək etməsinə görə sovet hərbi tribunalı tərəfindən mühakimə olunan və arxa cəbhədə dinc sovet insanlarını hədəfə alan hərbi cinayətkardır:
“Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazidə Njdeyə büst qoymaq, Hitler və ya Himmlerə abidə ucaltmağa bənzəyir. Buna görə bu, Rusiya, Azərbaycan və anti-Hitler koalisiyasına daxil olan ölkələrə təhqirdir. Abidə dərhal sökülməli, buldozerlə yıxılmalıdır. Bu, tamamilə iyrənc hərəkət diqqətdən kənarda qalmamalı və uyğun reaksiya verməlidir”.
Ekspertin fikrincə, bu cür təxribatlar Ermənistandakı revanşist qüvvələr tərəfindən təbliğ olunur:
“Bunu yeni müharibə arzulayanlar edirlər. Ermənistanı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bərpa etmək əvəzinə, sülh prosesini pozmaqla məşğuldurlar. Qaregin Njdenin abidəsi “Böyük Ermənistan” xülyasını özündə cəmləşdirən pis millətçi ideologiyanın bir hissəsidir. Hitlerin cinayətkarlarını “milli qəhrəman” rütbəsinə qaldırmaqla “milli müstəsnalığa” iddia edirlər.
Bu hadisə Ermənistanın nüfuzuna və imicinə xəcalətli bir ləkədir. Təəssüf ki, bütün dünyada qınanan və birmənalı olaraq mühakimə olunan bu nasisti “qəhrəmanlıq rəmzi” sayanlar var”.