23 Fevral 2021 11:41
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüflər olsun ki, qazilərimiz sənəd almaq üçün növbədə gözləyirlər. Bəzən bir sənəd üçün hansısa quruma dəfələrlə gedib-gəlməli olurlar.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Nigar Arpadarai deyib.

Millət vəkili bildirib ki, bu qurumlar işlərini müəyyən prosedurlara uyğun şəkildə qurub və bu anlaşılandır:

“Bu prosedurlar tələb edir ki, sənəd almaq üçün bir və ya bir neçə dəfə ora gedilsin. Ancaq hesab edirəm ki, biz qazilərimizin işini yüngülləşdirməli, dövlətimizin onların yanında olduğunu növbəti dəfə göstərməliyik.

Təklif edirəm ki, bu problemi yoluna qoymaq üçün ASAN Xidmət modelində qurum yaradılsın. Bu halda könüllülər hətta sənədləri belə qazilərə evlərində çatdıra bilərlər".


Müəllif: Nemət

Oxşar xəbərlər