5 May 2014 12:55
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Elxan Zal Teleqraf.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin qarşıdan gələn qurultayı ilə bağlı fikirlərini bölüşüb.

O, qurultaydan heç bir dəyişiklik gözləmədiyini deyib: “Mən bu qurultaydan heç bir dəyişiklik gözləmirəm. Məncə bütün kadr dəyişikliyi elə qurultay qabağı keçirilib. Yazıçılar Birliyində olan bütün kadr islahatlarını müsbət qiymətləndirirəm. Gəncləşdirmə siyasətinin tərəfdarıyam. Artıq “Ədəbiyyat qəzeti”ndə Elçin Hüseynbəylinin dəsti-xətti hiss olunur. Əvvəlki qəzetdən çox-çox fərqlənir. “Ulduz”un son nömrəsini də çox bəyənirəm.”

Rövşən


Müəllif: Teleqraf.com