Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon danışığı olub.
Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən ikitərəfli münasibətlərim inkişafı üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış əməkdaşlıq imkanları və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.