16 Mart 2021 12:33
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəyə 4 milyon peyvəndin gətirilməsi nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bunu palrmanetin plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu günə qədər 460 mindən çox insan peyvənd olunub. Hazırda proses davam etdirilir. “Pandemiya dövründə ölkə səhiyyəsinin üzərində böyük yük düşdü. Amma səhiyyəmiz çökmədi və öz işini davam etdirdi. Bu isə onunla əlqəlidir ki, zamanında Prezidentin göstərişi ilə səhiyyə bazası yeniləndi və mütəxəssislər cəlb olundu”.

Akademik əlavə edib ki, Azərbaycanla əhalisi eyni səviyyədə olan ölkələrlə pandemiyanın durumunu müqayisə etsək, real mənzərə üzə çıxar.

O əlavə edib ki, Azərbaycanda pandemiyaya qarşı 44 min səhiyyə personalı fəaliyyətə cəlb edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər