Gürcüstanın Gənclər və İdman naziri Levan Kipiani gənclər siyasətinin qlobal forumunda iştirak etmək üçün Bakıya işgüzar səfərə yola düşüb.
Trend məlumat verir ki, Kipiani forumda məruzə ilə çıxış edəcək və bu sahədə gənclərin mövcud problemlərinə dair müzakirələrdə iştirak edəcək.
Forum oktyabrın 28-29-da Bakıda keçiriləcək.