Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamda 23 əcnəbi əfv olunub.
Teleqraf.com xəbər verir ki, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı əcnəbilər şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilib:
- Abdollahı Ahmad Akbar, 1987-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2018-ci il 13 noyabr tarixli hökmü ilə məhkum edilib.
- Aqaev Rustam Maxiroviç, 1998-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Ucar Rayon Məhkəməsinin 2018-ci il 17 yanvar tarixli hökmü ilə məhkum edilib.
- Alavi Seyyed Ali Seyyed Ghadir, 1977-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2018-ci il 12 oktyabr tarixli hökmü ilə məhkum edilib.
- Arcevanidze Levani, 1993-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Qazax Rayon Məhkəməsinin 2018-ci il 11 dekabr tarixli hökmü ilə məhkum edilib.
- Baradaran Navıd Karım, 1988-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2017-ci il 14 dekabr tarixli hökmü ilə məhkum edilib.
- Bəkirov Oruc Vahid oğlu, 1997-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2018-ci il 3 may tarixli hökmü ilə məhkum edilib.
- Eshrati Seyed Alireza Seyed Yadollah, 1965-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2018-ci il 19 oktyabr tarixli hökmü ilə məhkum edilib.
- Guseinov Shirvan Akif oğlu, 1987-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 3 oktyabr tarixli hökmü ilə məhkum edilib.
- Kazak Ahmad Saburan, 1984-cü ildə anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 16 oktyabr tarixli hökmü ilə məhkum edilib.
- Keshavarz Mohammad Alıakbar, 1979-cu ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2018-ci il 12 iyun tarixli hökmü ilə məhkum edilib.
- Michel Raphael Kamo Nguekouen, 1989-cu ildə anadan olmuş, Kamerun Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 8 iyul tarixli hökmü ilə məhkum edilib.
- Mohammadı Hosseın Safar, 1965-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2018-ci il 18 aprel tarixli hökmü ilə məhkum edilib.
- Naibov Taley Cəfər oğlu, 1974-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2017-ci il 2 avqust tarixli hökmü ilə məhkum edilib.
- Piriyev Həsən Nəriman oğlu, 1969-cu ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 19 mart tarixli hökmü ilə məhkum edilib.
- Rijvadze Zaza Rastomoviç, 1985-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Balakən Rayon Məhkəməsinin 2020-ci il 11 fevral tarixli hökmü ilə məhkum edilib.
- Rüstəmov Ramin Əli oğlu, 1988-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2019-cu il 19 dekabr tarixli hökmü ilə məhkum edilib.
- Şükürov Yolçu Bayram oğlu, 1969-cu ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2018-ci il 3 dekabr tarixli hökmü ilə məhkum edilib.
- Taghızadeh Bejarbaneh Mohsen Mohammad Ebrahım, 1979-cu ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2019-cu il 15 may tarixli hökmü ilə məhkum edilib.
- Tanrıverdi Kasım Veli oğlu, 1964-cü ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Abşeron Rayon Məhkəməsinin 2018-ci il 13 noyabr tarixli hökmü ilə məhkum edilib.
- Touani Alphonse, 1972-ci ildə anadan olmuş, Kamerun Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 18 noyabr tarixli hökmü ilə məhkum edilib.
- Uygun Ahmet, 1962-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Xızı Rayon Məhkəməsinin 2017-ci il 7 avqust tarixli hökmü ilə məhkum edilib.
- Vəlizadə Nur Məhəmməd, 1979-cu ildə anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2019-cu il 10 iyun tarixli hökmü ilə məhkum edilib.
Bundan başqa, bir xarici ölkə vətəndaşının isə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Həmin şəxs Ovçiyev Rauf Telman oğludur. 1973-cü ildə anadan olub, Gürcüstan vətəndaşıdır. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 16 avqust tarixli hökmü ilə məhkum edilib.