20 Mart 2021 14:14
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz Bayramı münasibəti ilə cənab Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə bayram tonqalı yandırması mühüm tarixi hadisədir. Azərbaycan xalqı 30 ilə yaxın müddətdə hər zaman gələn ilin azad olunmuş torpaqlarımızda, Şuşada bayram tonqalları yandırmağı arzulayırdı. Ona görə də, bu il Novruz bayramının mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə qeyd olunması Azərbaycan xalqının ən böyük arzusuna çatması kimi rəmzi və tarixi əhəmiyyət daşıyır.

Bu fikirləri Teleqraf.com-a YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Şuşa Azərbaycan milli ruhunu qoruyan şəhər kimi xüsusi yerə malikdir: “44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri böyük sücaət göstərdi. Ordumuz düşmənin bütün istehkamlarını darmadağın etdi. Müqəddəs torpaqlarımız qəhrəmanlıqla azad olundu. Azərbaycanın Qələbəsini təmin edən şərtlərdən biri də məhz milli birlik idi. Xalqımız Vətən müharibəsində Ali Baş Komandanın ətrafında yumruq kimi bir oldu. Bu Dəmir Yumruq düşməni məhv etdi. İşğalçı məcbur olub kapituliyasiya aktına imza atdı”.

Millət vəkili Şuşanın azad edilməsinin strateji əhəmiyyəti və gətirdiyi üstünlüklərdən bəhs edib: “Şuşa xalqımız üçün müqəddəs məkandır. Azərbaycanın, Qarabağın mədəniyyət beşiyi, paytaxtıdır. Bu şəhərin xalqımızın taleyində xüsusi yeri var. Ona görə də, düşmən Şuşanı tərk etmək istəmirdi. Qəhrəman Müzəffər Ordumuzun igid əsgərləri dağlardan, sıldırım qayalardan keçməklə bir çox hallarda yalın əllə düşməni məhv edərək Şuşadan qovdu. Tarixi ədalət bərpa edildi.

Bu gün Şuşada Azərbaycanın şanlı bayrağı dalğalanır. Xalqımız bu möhtəşəm tarixi yaşadığına görə qürurludur”.

Cavid Osmanov Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə qarşıya qoyulan bütün hədəflərə doğru xüsusi prinsipiallıqla, qətiyyətlə inamla irəliləməsindən bəhs edib: “Bu qətiyyətli siyasətin və sarsılmaz iradənin sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Cənab Prezidentin xüsusilə son 10 ildəki fəaliyyəti kontekstində əldə olunan uğurlar ölkəmizin gücünü daha da artırıb”.

Deputat Ali Baş Komandanın rəhbərliyi Azərbaycan regionda yeni bir reallıq yaratdığını və bölgədə sülhün qarantı olduğunu söyləyib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər