Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm sayəsində 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra tərksilah edilən erməni hərbçilərdən üçü azad edilib.
Teleqraf.com Caliber.az-a istinadla xəbər verir ki, yaxın saatlarda onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti altında Bakı-İrəvan reysilə Ermənistana çatdırılacaqlar.
Azad edilən ermənilər bunlardır: Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Təhməzyan.