5 May 2021 21:14
1 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Ağdama səfər edən rusiyalı politoloq Sergey Markov Feysbuk səhifəsində erməni vəhşiliyindən yazıb.

Teleqraf.com xəbər verir ki, mütəxəssis erməniləri “barbar” və “vandal” adlandırıb.
Sergey Markov qeyd edib:

“Qarabağ. Ağdam. Çörək Muzeyi. Hər yerdə (Qarabağ) olduğu kimi, Ağdamda da hər şey məhv edilib. Düşünürəm ki, gözəl freskaları sayəsində bu bina Ağdamın bərpasından sonra bu formada - vandalizm və barbarlığın nümayişi kimi qalacaq. Necə ki, belə bir məhv edilmiş bina Xirosimadan saxlanılıb”.

Ekspert erməni vəhişiliyini tənqid etdiyinə görə hücum qarşısında qaldığını bildirib:

“Bu barbar davranışları susqunluqla qorumağa çalışan insanları başa düşə bilmirəm. Bəziləri məni bu barbarlıq haqda yazdığıma və danışdığıma görə günahlandırır. Mənə elə gəlir ki, barbarlığı məhz bu barədə susmaqla qorumaq olar. Bu millətlərarası düşmənçiliyin təhriki və gələcəkdə qarşılıqlı cinayətlərə aparan yoldur. Sülhə aparan yol, tövbə etməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu