7 May 2021 21:25
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq şairi Musa Yaqub harada dəfn edilməsi ailəsi tərəfindən dəqiqləşdirilib.

Xalq şairinin oğlu Şəhriyar Yaqubov Teleqraf.com-a açıqlamasında atasının Buynuz kəndində dəfn ediləcəyini bildirib:

"Atam sabah saat 12:00-da Buynuz kəndində dəfn ediləcək. Bu atamın vəsiyyəti idi. Ailə üzvlərim də mənimlə razılaşdılar".

Qeyd edək ki, Musa Yaqubun kürəkəni Faiq Qarayev saytımıza açıqlamasında aidiyyəti qurumlardan Musa Yaqubun Birinci Fəxri Xiyabanda dəfn edilməsi təklif aldıqlarını, amma oğlunun mərhumun Buynuz kəndində dəfn edilməsini istədiyini bildirib.

"Oğlu atasının Buynuz kəndində dəfn edilməsini vəsiyyət ediyini deyib. Mən, həyat yoldaşım və bacıları Şəhriyar Yaqubovu dəstəkləmir",- deyə Musa Yaqubun kürəkəni qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu