İsrailin Azərbaycandakı səfiri Corc Dik "Eurovision-2021" mahnı müsabiqəsində ölkəmizin İsrail təmsilçilərinə verdiyi 12 xala görə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, səfir Tvitter hesabında paylaşım edib.
"Təşəkkürlər Azərbaycan! Dünən keçirilən "Eurovision-2021" də Azərbaycan xalqı İsrail ilə dostluq münasibətlərini nümayiş etdirdi və ona 12 xal verdi. Bu, istənilən digər ölkənin bizə verdiyindən daha çox idi. Biz həqiqətən təsirləndik. Çox sağ ol!", - deyə diplomat qeyd edib.