Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı David Zalkalianiyə 26 May - Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
XİN başçısı məktubda Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini vurğulayıb, ikitərəfli əlaqələrin inkişaf etdiriləcəyi və gücləndiriləcəyinə ümidvarlıq ifadə edib.