29 May 2021 13:58
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” QSC-nin “8 noyabr” stansiyasında gərginlik təminatı ilə bağlı ilk dəfə yenilik tətbiq edilib.

Teleqraf.com xəbər verir ki, bunu qurumun sədr müavini Hidayət Məmmədov məlumat verib.

“Bu stansiyada 35 kV-luq yarımstansiya istifadəyə verilib, ərazi fasiləsiz elektrik enerji təminatı məqsədilə dörd ədəd güc generatorla təmin edilib. Stansiyanın ümumi uzunluğu keçid kamerası ilə birlikdə uzunluğu 363,5 metrdir. Bu da qatarların intensiv hərəkətini təmin edir. Stansiyanın platforması 7 vaqonluqdur. Qatarların idarəsi radiodalğalar vasitəsilə təmin edilir ki, bu da mərhələli şəkildə həyata keçirilir. Bu stansiyada da idarəetmə məhz bu sistemlə həyata keçiriləcək. Ümid edirik ki, mayın 31-dən istifadəsinə başlanılacaq “8 Noyabr” stansiyanın sərnişinlərin daşınmasında əhəmiyyətli rolu olacaq”, - o deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər